Azərbaycanda turizm obyektlərinin lisenziyalaşdırılması internetlə aparılacaq

Azərbaycanda turizm obyektlərinin lisenziyalaşdırılması internetlə aparılacaq
# 12 iyul 2012 10:52 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu ilin sentyabr ayından Azərbaycanda mehmanxana və turizm şirkətlərinə lisenziyaların verilməsi prosesi internet vasitəsi ilə həyata keçiriləcək.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, hazırda mövcud qaydalara uyğun olaraq lisenziyaların alınması üçün edilən müraciətlərin baxılması davam etdirilir: «Hazırda ölkədə 178 turizm şirkəti, 500-dən artıq mehmanxana və ona bənzər obyektlər mövcuddur. Bunlardan 400-ə yaxını lisenziyalaşdırılıb».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR