Azərbaycan səfiri “Seul şəhərinin fəxri vətəndaşı” adı ilə təltif olunub

Azərbaycan səfiri “Seul şəhərinin fəxri vətəndaşı” adı ilə təltif olunub
# 05 noyabr 2012 11:33 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Koreyadakı səfiri Rövşən Cəmşidov bu ölkənin Seul şəhərinin meriyası tərəfindən “Seul şəhərinin fəxri vətəndaşı” adı ilə təltif olunub. Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, R. Cəmşidov Azərbaycanla Koreya arasında münasibətlərin genişləndirilməsinə, o cümlədən mədəni mübadilə sahəsindəki xidmətlərinə, bir sıra mədəni tədbirlərin təşkil olunmasına və hər il keçirilən Seul Dostluq Sərgisində səfirliyin fəal iştirakına görə bu ada layiq görülüb.

Seul şəhərinin meri Park Von Soon Səfir R.Cəmşidova müvafiq sertifikatı, xatirə nişanını və fəxri vətəndaşlıq vəsiqəsini təqdim edib.
Qeyd edək ki, 1958-ci ildə təsis edilmiş “Seul şəhərinin fəxri vətəndaşı” adı bu şəhərdə ən azı üç il yaşayan əcnəbi vətəndaşlara şəhərin iqtisadi, ictimai-mədəni həyatına verdikləri töhfələrə görə təqdim edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR