Ombudsman ATƏT-in İnsan Alveri ilə Mübarizə üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Ombudsman ATƏT-in İnsan Alveri ilə Mübarizə üzrə xüsusi nümayəndəsi ilə görüşüb
# 27 sentyabr 2012 16:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Ombudsman Elmira Süleymanova ATƏT-in İnsan Alveri ilə Mübarizə üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Mariya Grazia Giammarinaro ilə görüşüb. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşün əsas məqsədi təsisatın fəaliyyətini öyrənmək, təcrübələrlə bölüşmək və əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.

E. Süleymanova görüşdə insan alverinə ayrıca sahə kimi deyil, konseptual və bütövlükdə insan hüquqları kontekstində yanaşılmasının zəruriliyini, insan alveri qurbanlarına psixoloji yardımın vacib olduğunu bildirib. O, ölkədə uşaqların müdafiəsi və cəmiyyətə reinteqrasiyası məqsədilə DİN-in İnsan alverinə qarşı mübarizə idarəsinin nəzdində insan alverinin qurbanı olmuş uşaqlar üçün zəruri avadanlıqla təmin edilmiş sığınacaq yaradıldığını deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR