Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 1,0% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 1,0% enib
# 19 oktyabr 2012 06:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 549 bəndədək, S&P 500 0,2% - 1 457 bəndədək, Nasdaq 1,0% - 3 073 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə əmək bazarı barədə mənfi statistika təsir edib. Belə ki, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayı 46 min artaraq 388 minə çatıb.

Avropa fond bazarlarında oktyabrın 18-də FTSE 100 indeksi 0,2% - 5 899 bəndədək enib, Almaniya DAX-ı 0,1% - 7 401 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,5% - 3 509 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 738,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3070 (-0,2%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR