AMEA sistemi üzrə doktoranturaya sənəd qəbulu başa çatıb

AMEA sistemi üzrə doktoranturaya sənəd qəbulu başa çatıb
# 01 oktyabr 2012 08:24 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında AMEA-nın doktorantura və kadrlar şöbəsinin müdiri Sara Əfəndiyeva bildirib. Onun sözlərinə görə, hazırda sənədlərin yoxlanılması prosesi aparılır. Doktoranturaya sənəd verənlərin dəqiq sayı bir neçə gündən sonra bilinəcək.

Qeyd edək ki, AMEA sistemi üzrə doktoranturaya sənəd qəbulu sentyabrın 1-dən 30-dək aparılıb. Bu il Azərbaycan Nazirlər Kabinetinin (NK) qərarına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə AMEA-ya 288, digər elmi təşkilatlara 189 plan yeri verilib.

Doktoranturaya qəbul imtahanlarının bu ay keçirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR