Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,6% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,6% enib
# 25 sentyabr 2012 06:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 13 559 bəndədək, S&P 500 0,2% - 1 457 bəndədək, Nasdaq 0,6% - 3 161 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsi Fransa və Almaniya rəhbərləri arasında aparılan danışıqlarda nəticənin hələ də əldə olunmaması ilə bağlı məlumatdan sonra baş verib. Belə ki, Fransua Olland və Angela Merkel Avropada bank nəzarəti mexanizminin işə salınması vaxtına dair razılığa gələ bilməyiblər. Qeyd edək ki, bank nəzarəti mexanizmi Avropada maliyyə sabitliyinin gücləndirilməsinin əsas tərkib hissədir.

Avropa fond bazarlarında sentyabrın 24-də FTSE 100 indeksi 0,2% - 5 839 bəndədək, Almaniya DAX-ı 0,5% - 7 413 bəndədək, Fransa CAC-40-ı 1,0% - 3 497 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 767,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2935 (-0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR