AMEA prezidenti Azərbaycan əlifbasının dəyişdirilməsi ilə bağlı təkliflərə münasibət bildirib
04 sentyabr 2012 12:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Azərbaycan əlifbasının dəyişdirilməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirib. AMEA prezidenti APA-ya açıqlamasında deyib ki, hələlik rəhbərlik etdiyi qurum Azərbaycan əlifbasının dəyişdirilməsi ilə bağlı təkliflər verməyəcək: “Azərbaycan dilinin İnkişafı ilə bağlı Dövlət Proqramının layihəsi artıq hazırlanıb və yaxınlarda Azərbaycan Nazirlər Kabinetinə təqdim olunacaq. Əlifba ilə bağlı təklif etməyi düşünmürük. AMEA-ya belə bir tapşırıq da verilməyib. Bununla bağlı sərəncam və tapşırıq olsa, AMEA təkliflərini hazırlaya bilər”.
AMEA prezidenti deyib ki, Azərbaycan əlifbasının tam şəkildə dəyişdirilməsinin tərəfdarı deyil: “Amma “ə” kimi bəzi uğursuz hərflər dəyişməlidir. Belə hərflər həqiqətən problemlər yaradır. Bunun əvəzinə başqa işarə tapmaq daha məqsədəuyğun olardı. Bu hərf üstündə iki nöqtə olan “a” kimi verilsə, yaxşı olar. Mənə elə gəlir ki, bu haqda düşünmək lazımdır”.
“ç”, və “ş” hərflərinin qrafemlər şəklində işlədilməsinə gəlincə, M. Kərimov deyib ki, bu hərflər kompyuterlərdə, internetdə müəyyən problemlər yaratsa da, hər halda onların işarəsi artıq qəbul olunub: “Amma “ə” hərfi mənə heç münasib gəlmir. İstifadəçilərin kompyuterlərdən istifadəsini daha rahat etmək üçün bu hərfi dəyişmək məqsədəuyğun olardı”.

Sosial
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
07:16
28 aprel 2024
Amsterdamda keçirilən aksiyada 100-dən çox fəal saxlanılıb
06:51
28 aprel 2024
"Nar"dan sərfəli smartfon təklifi
18:23
27 aprel 2024
Ulyanovskda təhlükəli yükün ətrafa dağılmasına səbəb olan maşinistə hökm oxunub - VİDEO
15:56
27 aprel 2024