Pan Gi Mun: “Sanksiyalar İranda inflyasiyaya, işsizlərin çoxalmasına və digər problemlərə səbəb olub”

Pan Gi Mun: “Sanksiyalar İranda inflyasiyaya, işsizlərin çoxalmasına və digər problemlərə səbəb olub”
# 06 oktyabr 2012 12:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İrana qarşı tətbiq olunmuş beynəlxalq sanksiyalar bu ölkə xalqının həyatına əhəmiyyətli şəkildə təsir edib”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu BMT baş katibi Pan Gi Munun BMT Baş Assambleyasına təqdim etdiyi hesabatında qeyd olunub. Sənəddə bildirilir ki, sanksiyalar İranda inflyasiyaya, qiymətlərin artmasına, işsizlərin çoxalmasına və s. problemlərə səbəb olub.

Qeyd edək ki, 2006-2010-cu illərdə BMT Təhlükəsizlik Şurasında İranın mübahisəli nüvə proqramı ilə bağlı bu ölkəyə qarşı dörd qətnamə qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR