Kabildə baş verən partlayışda 9 xarici vətəndaş ölüb

Kabildə baş verən partlayışda 9 xarici vətəndaş ölüb
# 18 sentyabr 2012 07:27 (UTC +04:00)
Bakı-APA. Bu gün səhər Əfqanıstan paytaxtında baş verən partlayış nəticəsində ən azı 10 nəfər ölüb. APA-nın məlumatına görə, ölənlərdən 9 nəfər xarici ölkə vətəndaşlarıdır. Bundan başqa iki əfqan polisi partlayışda yaralanıb. Kamikadze bədəninə bağladığı “şəhid qurşağı”nı Kabil aeroportuna gedən yolda işə salıb. Partlayış xarici vətəndaşları aparan kiçik həcmli avtobusun yanında gerçəkləşdirilib. Həlak olanlar Kabil aeroportunda fəaliyyət göstərən özəl xarici şirkətin əməkdaşlarıdır. Onların hansı ölkənin vətəndaşları olduğu açıqlanmır. Partlayışa görə məsuliyyəti öz üzərinə “Hezbe-islami” təşkilatı götürüb. Təşkilat bu addımı “Müsəlmanları məsumluğu” filminə cavab olaraq atdığını bəyan edib. İlkin məlumatlara görə, partlayışı törədən kamikadze qadındır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR