Amerika fond bazarında səhmlər ucuzlaşıb

Amerika fond bazarında səhmlər ucuzlaşıb
# 14 mart 2015 07:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,82% - 17 749,31 bəndədək, S&P 500 0,61% - 2 053,40 bəndədək, NASDAQ 0,44% - 4 871,76 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,30% - 6 740,58 bəndədək azalıb, Fransa CAC-40-ı 0,46% - 5 010,46 bəndədək, Almaniya DAX-ı 0,87% - 11 901,61 bəndədək artıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 1,39% - 19 254,25 bəndədək, Hang Seng 0,11% - 23 823,21 bəndədək, Shanghai 0,69% - 3 617,66 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1 152,40 dollara, gümüş isə 15,49 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR