Poroşenko: “Məqsədimiz NATO-ya üzv olmaqdır”

Poroşenko: “Məqsədimiz NATO-ya üzv olmaqdır”
# 07 may 2015 01:37 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, ölkəsinin milli təhlükəsizlik və müdafiə strategiyası Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünü nəzərdə tutmalıdır.

APA-nın məlumatına görə, bu barədə P.Poroşenkonun mətbuat xidməti açıqlama yayıb.

“Həyata keçirəcəyimiz strategiya gələcəkdə Ukraynanın Alyansa üzvlüyünü təmin etməlidir”, deyə P.Poroşenko bildirib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) iclasında çıxış edən dövlət başçısı bildirib ki, bu, ölkənin ərazi bütövlüyü və suverenliyi üçün vacib amildir: “NATO ilə əməkdaşlıq, Avropa İttifaqının təhlükəsizlik və müdafiə siyasətinə sadiq qalmağımız Ukrayna milli təhlükəsizlik strategiyasının özəyini təşkil edir”.

Qeyd edək ki, mayın 6-da Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkənin milli təhlükəsizlik strategiyasını təsdiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR