Bank Of Baku

Meksika paytaxtında diskotekada 12 nəfər həlak olub

Meksika paytaxtında diskotekada 12 nəfər həlak olub
# 21 iyun 2008 08:00 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Mexiko şəhərində diskotekada yaranan basırıq zamanı 12 nəfər həlak olub, 25 nəfər yaralanıb. APA-nın məlumatına görə, hadisə polisin spirtli içkilər satan əyləncə mərkəzlərinin aşkarlanması məqsədi ilə keçirdiyi reyd zamanı baş verib. “Nyus-Divayn” adlı diskotekanın sahibinin mikrofonla reyd keçirildiyini elan etməsindən sonra diskotekada xaos yaranıb. Ölənlərin arasında 7 həddi-buluğa çatmamış gənc, o cümlədən çıxışa doğru qaçan izdihamı saxlamağa çalışan 3 polis əməkdaşı olub. Faciə zamanı əyləncə mərkəzində 1000-ə yaxın insan, o cümlədən kolleci bitirmələrini qeyd edən məzunlar da olub. Faktla bağlı cinayət işi qaldırılıb, 40 nəfər saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR