Bank Of Baku

Con Makkeynin baş müşavirinin sözləri respublikaçıları pis vəziyyətdə qoyub

Con Makkeynin baş müşavirinin sözləri respublikaçıları pis vəziyyətdə qoyub
# 24 iyun 2008 08:36 (UTC +04:00)
Vaşinqton APA. ABŞ prezidentliyinə namizəd, demokrat Barak Obamanın seçki qərargahı prezidentliyə digər namizəd, respublikaçı Con Makkeynin baş siyasi müşaviri Çarlz Blekin açıqlamalarına kəskin etirazını bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Ç. Blek “Forçun” jurnalına müsahibəsində deyib ki, ABŞ ərazisində yeni terror aksiyası baş verərsə, C. Makkeynin seçkidə qələbə şansı artar. B. Obamanın seçki qərargahının mətbuat katibi Bill Berton bunu “böyük ayıb” adlandırıb. Onun fikrincə, Ç. Blekin sözləri bir daha mövcud siyasətin dəyişməsinin zəruriliyini göstərir. C. Makkeyn özü də müşavirinin bəyanatından narazılığını gizlətməyib: “Mən təsəvvür edə bilmirəm, niyə o belə deyib. Bu, doğru deyil. Mən 2001-ci ilin 11 sentyabrından sonra yeni terror aktlarının qarşısını almaq üçün yorulmadan çalışmışam”. Ç. Blek özü də söylədiklərindən peşman olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR