Bank Of Baku

ABŞ Fətullah Gülənə “Yaşıl kart” verməkdən imtina edib

ABŞ Fətullah Gülənə “Yaşıl kart” verməkdən imtina edib
# 25 iyun 2008 15:08 (UTC +04:00)
Vaşinqton APA. Türkiyədə barəsində açılan cinayət işlərinə görə uzun müddətdir ABŞ-da yaşayan “nurçular”ın lideri Fətullah Gülənin “Greeen Card” (Yaşıl kart“) almaq üçün Pensilvaniya Şərq Dairə Məhkəməsində qaldırdığı iddia rədd edilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, F. Gülən bir müddət əvvəl “Yaşıl kart” almaq üçün ABŞ-ın Vətəndaşlıq və Miqrasiya Xidmətinə (USCİK) müraciət edib, lakin müraciət qəbul olunmayıb. Bundan sonra dini lider məhkəməyə üz tutub. Lakin məhkəmə onun ABŞ-da yaşamaq, səyahət etmək və işləmək icazəsi verən “Yaşıl kart” almaq üçün irəli sürdüyü arqumentləri yetərli saymayıb. Məhkəmə qərarına əsasən F. Gülənin 1 ay ərzində ABŞ-ı tərk etməli olduğu bildirilsə də, qanunvericilikdə konkret müddət göstərilmədiyi üçün “nurçular”ın liderinin qeyri-qanuni olaraq daha 6 ay ABŞ-da qalması mümkün sayılır.
Xatırladaq ki, bu günlərdə Türkiyənin Yarğıtay adlanan hüquq instansiyası F. Gülən haqqında Ankara 11-ci Ağır Cəza Məhkəməsinin çıxardığı bəraət qərarından verilən protesti rədd edib. Bununla da F. Gülənin Türkiyəyə qayıtması üçün hüquqi maneələr aradan qalxmış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR