Bank Of Baku

ABŞ İran rəsmiləri və şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İran rəsmiləri və şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib
# 09 iyul 2008 07:42 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ administrasiyası qanunsuz nüvə silahlanması prosesində iştirakı ehtimal edilən altı İran rəsmisi və beş şirkətə qarşı sanksiyalar tətbiq edib. APA-nın məlumatına görə, sanksiya tətbiq olunan şəxslər sırasında İran nüvə texnologiyasının müəllifi Möhsün Fəxrizadə-Mahabadi də var. Tətbiq olunan sanksiyalar adı çəkilən şəxslərin və şirkətlərin ABŞ-dakı bank hesablarının dondurulmasını nəzərdə tutur. Bundan başqa sanksiyalara əsasən, ABŞ vətəndaşları bu şəxs və şirkətlərlə hər hansı formada əməkdaşlıq edə bilməzlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR