Bank Of Baku

ABŞ-dakı kilsədə qanlı insident baş verib

ABŞ-dakı kilsədə qanlı insident baş verib
# 28 iyul 2008 07:58 (UTC +04:00)
Noksvill – APA. ABŞ-ın Tennessi ştatının Noksvill şəhərindəki kilsədə qanlı insident baş verib. APA-nın ABŞ xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, kilsədə “Enni” müzikli əsasında hazırlanmış uşaq tamaşasına baxış zamanı içəri daxil olan bir nəfər tamaşaçılara ov tüfəngindən atəş açmağa başlayıb. Hadisə zamanı içəridə 200 nəfər olub. Atəş səsləri eşidildikdən sonra insanlar yerə uzanıblar. Ancaq ilk atəşlər nəticəsində 9 nəfər güllə yaraları alıb, onlardan biri, 60 yaşlı kişi hadisə yerində keçinib, yaralı olan bir qadın isə xəstəxanada dünyasını dəyişib. Qatil tüfənginə güllə doldurmaq istəyərkən bir neçə nəfər onu yaxalaya bilib. Polis cinayətkarın 58 yaşlı Cim Adkisson olduğunu açıqlayıb. O, tüfəngi gitara qabının içində kilsəyə keçirib. Cinayətin hansı motivlə törədildiyi hələlik bəlli deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR