Bank Of Baku

Senatın Xarici Əlaqələr Komitəsi Mariya Yovanoviçin ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib

Senatın Xarici Əlaqələr Komitəsi Mariya Yovanoviçin ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib
# 30 iyul 2008 09:17 (UTC +04:00)
İrəvan – APA. ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Mariya Yovanoviçin ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, təyinat Senat tərəfindən də təsdiqləndikdən sonra M. Yovanoviç vəzifəsini icrasına başlayacaq.
Qeyd edək ki, M. Yovanoviçin namizədliyi bu ilin mart ayında prezident Corc Buş tərəfindən irəli sürülüb. Diplomat iyunun 19-da Senatın Xarici Əlaqələr Komitəsindəki çıxışında 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri soyqırım yox, kütləvi qətl adlandırıb. Bu isə erməni lobbisinin narazılığına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR