Bank Of Baku

ABŞ-da təyyarə qəzası baş verib

ABŞ-da təyyarə qəzası baş verib
# 05 avqust 2008 11:06 (UTC +04:00)
Oreqon – APA. ABŞ-ın Oreqon ştatının Girhart şəhəri yaxınlığında birmotorlu kiçik təyyarənin evin üzərinə düşməsi nəticəsində 4 nəfər ölüb. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, “Sessna” markalı təyyarə əvvəlcə ağaca çırpılıb, sonra evə dəyib və partlayış olub. Hadisə zamanı evdə 6 nəfər – qadın və 5 uşaq olub. İki uşaq yerindəcə keçinib, biri itkin düşmüş sayılır, qadın və daha 2 uşaq isə xəstəxanaya aparılıblar. Təyyarənin pilotu və sərnişini də qəza zamanı ölüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR