Bank Of Baku

ABŞ Demokrat Partiyasının seçkiqabağı qurultayı işə başlayıb

ABŞ Demokrat Partiyasının seçkiqabağı qurultayı işə başlayıb
# 25 avqust 2008 09:10 (UTC +04:00)
Kolorado-APA. Bu gün Denverdə ABŞ Demokrat Partiyasının seçkiqabağı qurultayı öz işinə başlayıb. APA-nın məlumatına görə, qurultaya qatılacaq 4234 nümayəndə senatorlar Barak Obama və Cozef Baydenin partiyanın prezident və vitse-prezident postlarına namizədliyini təsdiqləyəcəklər. Bununla da ABŞ tarixində ilk dəfə olaraq ölkənin aparıcı partiyalarından birinin seçki siyahısına qaradərili şəxs rəhbərlik etmiş olacaq. Qurultayın əsas vəzifələrindən biri partiyadakı parçalanmanı aradan qaldırmaqdır. Barak Obama ilkin seçkilərdə ABŞ-ın sabiq birinci ledisi Hillari Klintona cüzi fərqlə qalib gəlsə də, onu vitse-prezident postuna namizəd irəli sürməyib. Qeyd edək ki, Obamanın vitse-prezident postuna namizədi Cozef Bayden ABŞ Senatının xarici əlaqələr komitəsinin sədridir. Denver qurultayında həmçinin Demokrat Partiyasının seçkiqabağı platforması təsdiqlənəcək. Qurultaya Barak Obamanın həyat yoldaşı Mişel Obama, Hillari Klinton, sabiq prezidentlər Bill Klinton, Cimmi Karter və başqa nüfuzlu demokratlar da qatılacaqlar. Demokrat Partiyasının prezidentliyə namizədi rəsmən avqustun 27-də təsdiqlənəcək. Qurultayın işini 15 min nəfərlik jurnalist ordusunun işıqlandıracağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR