Pakistanın Baş naziri Şahbaz Şərif və Pakistan ordusunun komandanı feldmarşal Asim Munir ABŞ-İran danışıqlarında iştirak etmək üçün İsveçrəyə uçublar.
APA xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin ofisi məlumat yayıb.
"Baş nazir yüksək vəzifəli nümayəndə heyəti ilə birlikdə İslamabaddan İsveçrəyə yola düşüb", - məlumatda deyilir.