Bank Of Baku

ABŞ Demokrat Partiyasının vitse-prezident postuna namizədi olan ermənipərəst Cozef Biden “907-ci düzəliş”ə dəstək verənlərdən biridir

ABŞ Demokrat Partiyasının vitse-prezident postuna namizədi olan ermənipərəst Cozef Biden “907-ci düzəliş”ə dəstək verənlərdən biridir
# 25 avqust 2008 13:14 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Cozef Biden həmçinin Türkiyədə Hrant Dinkin qətlini pisləyən qətnamə layihəsinin müəllifidir. Bu səbəbdən erməni siyasətçilər Cozef Bideni ermənipərəst siyasətçi adlandırırlar.

Lakin Cozef Biden Azərbaycanın mənafeyini müdafiə edən qətnamələri də dəstəkləyib. O, 1997-ci ildə senator Sem Braunbek tərəfindən hazırlanan “İpək Yolu Strategiyası Aktı”na tam dəstək verib. Rusiya əleyhinə sərt bəyanatları ilə yadda qalan Cozef Biden Moskvanı bir qayda olaraq postsovet məkanında separatçı hərəkatlara dəstək verməkdə suçlandırır. O, ötən il “Financial Times” qəzetində dərc etdirdiyi məqalədə Rusiyanın Azərbaycan, Gürcüstan və Moldovada separatçılığa dəstək verməsini yolverilməz adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR