Bank Of Baku

Barak Obamaya sui-qəsd etmək istəyən dörd nəfər həbs olunub

Barak Obamaya sui-qəsd etmək istəyən dörd nəfər həbs olunub
# 26 avqust 2008 10:27 (UTC +04:00)
Denver-APA. ABŞ Demokrat Partiyasının qurultayının keçirildiyi Denver şəhərində dörd nəfər həbs olunub. APA-nın məlumatına görə, saxlanan şəxslərin prezidentliyə namizəd Barak Obamaya sui-qəsd hazırladığı ehtimal olunub. Polisin məlumatına görə, sui-qəsdin avqustun 28-də Obamanın stadionda çıxışı zamanı həyata keçirilməsi planlaşdırılıb. Terrorçu Obamanı snayper tüfəngi ilə vurmağa hazırlaşırmış. Saxlanan şəxslərdən biri artıq polisə ifadəsində cinayəti etiraf edib. Obamanı qətlə yetirməyə hazırlaşanların irqçi təşkilatların üzvü olduğu güman edilir. Təhqiqata ölkənin birinci şəxslərinin təhlükəsizliyini təmin edən ABŞ Məxfi Xidmətinin əməkdaşları da cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR