Bank Of Baku

Riçard Luqar: ““Nabucco” qaz kəməri layihəsinin reallaşması təhlükə altındadır”

Riçard Luqar: ““Nabucco” qaz kəməri layihəsinin reallaşması təhlükə altındadır”
# 29 avqust 2008 10:03 (UTC +04:00)
O, Rusiyanın “Nabucco” layihəsinə alternativlər təklif etdiyini, bu səbəbdən Avropa dövlətlərində layihə ilə bağlı fikir ayrılığının yarandığını vurğulayıb.

Qeyd edək ki, “Nabucco” layihəsi Mərkəzi Asiya qazının Azərbaycan və Türkiyədən keçməklə Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyaya nəqlini nəzərdə tutur. Luqar bildirib ki, tərəddüd edən Avropa dövlətlərinin liderlərini alternativ kəmərlərin üstün cəhətlərinin mövcudluğuna inandırmaq lazımdır: “Onlar başa düşməlidir ki, alternativ mənbələr onların uzunmüddətli təhlükəsizlik maraqlarına cavab verir. “Nabucco” layihəsinin iflasa uğraması Avropanın təhlükəsizlik sisteminə ağır zərbə vuracaq və transatlantik cəmiyyətin vahidliyini təhlükə altına salacaq”.

Luqar qeyd edib ki, Gürcüstanda baş verən hadisələrə Avropanın Rusiya qazından asılılığı məsələsindən kənarda baxmaq düzgün deyil. “Gürcüstandakı münaqişə Avropa liderlərini öz təhlükəsizliyinin təminatı üçün daha təsirli tədbirlər görməyə vadar etməlidir”. Riçard Luqar həmin ölkələrə “Qazprom”un son bir neçə ildə altı ölkəyə qaz nəqlini dayandırdığını xatırladıb: “Bu addımlar Rusiyanın öz inhisarçı mövqeyindən siyasi maraqları üçün hər an yararlana biləcəyini göstərir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR