Bank Of Baku

AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
# 18 iyun 2026 22:38 (UTC +04:00)

Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293 və J2-2257 nömrəli Bakı–Naxçıvan reysləri ləğv edilib.

Bu barədə APA-ya “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat verib.

“AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir”, - açıqlamada deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR