Bank Of Baku

ABŞ Dövlət Departamenti Gürcüstandakı hadisələrlə əlaqədar Ermənistana əlavə yardım ayrılacağı xəbərini təkzib edib

ABŞ Dövlət Departamenti Gürcüstandakı hadisələrlə əlaqədar Ermənistana əlavə yardım ayrılacağı xəbərini təkzib edib
# 17 sentyabr 2008 08:10 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. ABŞ Dövlət Departamentinin sözçüsü Şon Makkormak Birləşmiş Ştatların Gürcüstandakı hadisələrlə bağlı Ermənistana yardım ayıracağı barədə məlumatları təkzib edib. APA-nın məlumatına görə, Şon Makkormak bildirib ki, Konqresin Ermənistana yardım ayırmaq niyyəti barədə Dövlət Departamentində məlumat yoxdur: “Düzdür, məndə Ermənistana daimi yardım proqramı, həmçinin Poti limanının fəaliyyətini dayandırması ilə əlaqədar Ermənistana ərzaq məhsullarının çatdırılmasında problemlər olduğu barədə məlumatlar var. Amma Konqresin Ermənistana əlavə yardım ayıracağından xəbərsizik”. Qeyud edək ki, bəzi konqresmenlər ABŞ hökumətini Gürcüstandakı hadisələrlə bağlı Ermənistana əlavə yardım göstərməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR