Bank Of Baku

ABŞ-ın iki qəsəbəsində seçkilər başa çatıb, Barak Obama liderdir

ABŞ-ın iki qəsəbəsində seçkilər başa çatıb, Barak Obama liderdir
# 04 noyabr 2008 10:59 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ-da prezident seçkilərindən vaxtından əvvəl səsvermədə rekord göstərici qeydə alınıb. APA-nın məlumatına görə, artıq 28,9 milyon amerikalı ABŞ prezidentliyinə namizədlərdən birinə səs veriblər.

Vaxtından əvvəl səsvermədə iştirak səviyyəsinə görə Corciya, Ayova və Şimali Karolinada rekord göstərici qeydə alınıb. Corciya ştatında vaxtından əvvəl səs verənlərin sayı əvvəlki seçkilərə nisbətən 3 dəfə artıb. Ümumilikdə isə son 4 ildə ABŞ-da seçicilərin sayı 2,5 faiz artıb. Bəzi ştatlarda əvvəlcədən səs vermək istəyənlər çox olduğundan məntəqələr önündə növbələr yaranıb. Maraqlıdır ki, vaxtından əvvəl səsvermədə iştirak edənlərin böyük əksəriyyəti Demokrat Partiyasının tərəfdarlarıdır.

Nyu-Hempşir ştatının iki kiçik qəsəbəsində isə səsvermə prosesi artıq başa çatıb. Diksvil Notçda səsverməyə qatılan 21 seçicidən 15-i Obamaya, 6-sı Makkeynə səs verib. Xarts şəhərciyində isə səslər Obama ilə Makkeyn arasında 17-10 şəklində bölünüb. Xartsda iki seçici namizəd Ron Pola səs verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR