Bank Of Baku

Maliyyə böhranı ilə əlaqədar ABŞ-ın Citigroup və Goldman Sachs bankları 12 300 işçini ixtisar edəcək

Maliyyə böhranı ilə əlaqədar ABŞ-ın Citigroup və Goldman Sachs bankları 12 300 işçini ixtisar edəcək
# 06 noyabr 2008 13:05 (UTC +04:00)
Vaşinqton-APA. Amerikanın Citigroup və Goldman Sachs bankları 12 300 işçini ixtisar edəcəklərini açıqlayıblar. APA-nın məlumatına görə, Goldman Sachs 3 200, Citigroup isə 9 100 işçini ixtisar edəcək. İxtisar prosesi bir il ərzində başa çatacaq. İşçilərin ixtisar olunması bankların xərclərin azaldılması planının bir hissəsidir. Maliyyə böhranı başa çatmadığına görə banklar zərərin artacağından ehtiyatlanırlar. Son bir il ərzində Goldman Sachs bankının səhmləri 61,92 faiz ucuzlaşıb, bankın kapital məcmusu isə 34,57 milyard dollara enib. Citigroup bankının bazar dəyəri isə 66,53 faiz aşağı düşərək 68,83 milyard dollar təşkil edib.

Qeyd edək ki, Citigroup ilin əvvəlindən bu yana 12,9 min nəfəri ixtisara salıb. Goldman Sachs isə aprel ayında 1,500 işçisi ilə vidalaşıb. Qeyd edək ki, ipoteka böhranı başladıqdan keçən müddət ərzində banklar ümumilikdə 150 min nəfəri ixtisar ediblər. İflasdan yaxa qurtarmaq üçün Merrill Lynch investisiya bankı öz səhmlərinin nəzarət paketini ABŞ-ın ikinci ən böyük bankı olan “Bank of America”ya 50 milyard dollara satıb. Morgan Stanley и Goldman Sachs bankları isə hüquqi statuslarını dəyişərək bank qrupları kimi fəaliyyət göstərməyə başlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR