Bank Of Baku

Çinli hakerlər Ağ Evin computer sisteminə daxil olaraq hökumət üzvlərinin electron məktublarını ələ keçiriblər

Çinli hakerlər Ağ Evin computer sisteminə daxil olaraq hökumət üzvlərinin electron məktublarını ələ keçiriblər
# 08 noyabr 2008 11:23 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Çinli hakerlər dəfələrlə Ağ Evin kompüter sisteminə müdaxilə edərək hökumət üzvlərinin elektron məktublarını ələ keçiriblər. APA-nın məlumatına görə, Ağ Evinb yüksək vəzifəli məmuru “The Financial Times” qəzetinə açıqlamasında bildirib ki, bu faktlar dövlət qurumlarının kibertəhlükəsizlik sisteminə müdaxilələrin aradan qaldırılması üçün yaradılmış xüsusi qrup tərəfindən müəyyənləşdirilib. Kibertəhlükəsizlik üzrə mütəxəssislər bu kimi haker hücumlarının Çin hökuməti tərəfindən maliyyələşdirildiyini iddia etsələr də, bu iddialarını isbatlamaq üçün dəlillərə malik deyillər. Bundan başqa araşdırma zamanı yayda prezidentliyə namizədlər Barak Obama və Con Makkeynin kompüter şəbəkələrinə də hücumların çinli hakerlər tərəfindən təşkil olunduğu dəqiqləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR