Bank Of Baku

Amerikalıların 76 faizi Corc Buşun fəaliyyətindən narazıdır

Amerikalıların 76 faizi Corc Buşun fəaliyyətindən narazıdır
# 11 noyabr 2008 08:01 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ-ın hazırkı prezidenti Corc Buşun reytinqi rekrd səviyyədə minimuma enib. APA-nın məlumatına görə, noyabrın əvvəllərində keçirilən sorğuya qatılmış respondentlərin 24 faizi Ağ Ev sahibinin fəaliyyətindən razıdır. Hər dörd amerikalıdan üçü isə hesab edir ki, Corc Buş dövlət başçısı kimi öz işinin öhdəsindən gələ bilmir. Qeyd edək ki, buna qədər ABŞ prezidentləri arasında ən aşağı reytinq göstəricisi Harri Trumenə məxsus olub. 1952-ci ilin yanvarında keçirilən sorğu zamanı respondentlərin 67 faizi dövlət başçısını fəaliyyətindən narazılıq ifadə ediblər.

ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama isə amerikalıların güclü dəstəyinə malikdir. Amerikalıların 67 faizi Obamanın prezident seçkilərindən sonrakı fəaliyyətini müsbət qiymətləndirib. Respondentlərin 75 faizi isə Barak Obamanın yaxşı prezident olacağına əmindir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR