Bank Of Baku

Narkomafiya bir gündə 35 nəfəri qətlə yetirib - FOTO

Narkomafiya bir gündə 35 nəfəri qətlə yetirib - <font color=red>FOTO</font>
# 10 oktyabr 2009 07:58 (UTC +04:00)
Mexiko – APA. Ötən gün meksikalı narkotik alverçiləri 35 nəfəri qətlə yetirib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, qətl hadisələri bir gündə Meksikanın 5 ştatında baş verib. Öldürülənlərin əksəriyyəti əvvəlcədən oğurlanıb, daha sonra isə işgəncələrə məruz qalaraq qətlə yetirilib. Nəticədə, Herrero ştatında 10, Morelos ştatında 6, Mexiko ştatında isə 7 nəfərin cəsədi tapılıb. Əksər cəsədin üzərinə meksikalı narkotik alverçiləri hədə-qorxu məktubları yazıb bağlamışlar.

Bundan başqa, ABŞ sərhədinə yaxın olan Tixuana bələdiyyəsinin binasında bir məmurun meyiti aşkar olunub ki, bu şəxs mafiya başçılarına saxta sənədlərin verilməsində şübhəli sayılırdı. Həmin şəxsin meyiti bir çox bədən xəsarətləri ilə körpü üzərində asılmış vəziyyətdə tapılıb.

Bununla yanaşı, Çiuaua ştatında da Palomas şəhərinin başçısının meyiti tapılıb ki, polislər bu ölümü birbaşa olaraq meksikalı narkomafiya tərəfindən həyata keçirildiyini bildirir.

Qeyd edək ki, 2006-cı ilin sonundan indiyədək Meksikada 13 min nəfər qətlə yetirilib. Qətlə yetirilənlərin hamısı narkotik alveri ilə əlaqəli olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR