Bank Of Baku

Venesuela İranı uran kəşfiyyatına cəlb edib - FOTO

Venesuela İranı uran kəşfiyyatına cəlb edib - <font color=red>FOTO</font>
# 10 oktyabr 2009 08:13 (UTC +04:00)
Bakı – APA. Venesuelanın elm və texnologiya naziri Cess Çakon (Jesse Chacon) İran mütəxəssislərinin köməyi ilə Venesuelada uran, qızıl və koltan (nəticədə tantal alınan filiz) ehtiyatları aşkarlanıb.

APA-nın «Associated Press» agentliyinə istinadən verdiyi məlumata görə, nazir bildirib ki, aparılan tədqiqat işlərinin Rusiya ilə Venesuela arasında olan əməkdaşlıqla heç bir əlaqəsi yoxdur: «Bizim uran filizləri yataqlarının idarəetməsi və həmin mədənləri öz vətəndaşlarımızın rifahı üçün işlətməyə ixtiyarımız var».

Son zamanlar Venesuelanın İrana uran ixrac etməsi barədə məlumatlara gəldikdə isə, rəsmi Venesuela bildirib ki, İranın uran ehtiyatları kifayət qədərdir və onun hər hansı bir ölkədən uran almasına ehtiyacı yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR