Bank Of Baku

Haitidə BMT təyyarəsi qəzaya uğrayıb

Haitidə BMT təyyarəsi qəzaya uğrayıb
# 10 oktyabr 2009 08:25 (UTC +04:00)
Haiti - APA. Dünən Haitidə BMT təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan olmayıb. APA-nın məlumatına görə, bu barədə BMT-nin rəsmi nümayəndəsi bəyan edib.

Qeyd edək ki, qəza zamanı CASA-212 təyyarəsində 11 nəfər olub ki, bunların əksəriyyəti Haitidə olan BMT missiyasının hərbi əməkdaşları olub. Təyyarə Uruqvayda qeydiyyatda olub və Dominikan Respublakası ilə sərhəddə keşik çəkmə üçün BMT tərəfindən istifadə edilib.

Qəzada həlak olanların cəsədləri hadisə yerində aşkarlanıb. Onların arasında Uruqvay və İordaniya vətəndaşları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR