Bank Of Baku

Mafiya başçısının malikanəsi 2,6 mln. dollara satılıb

Mafiya başçısının malikanəsi 2,6 mln. dollara satılıb
# 10 oktyabr 2009 10:59 (UTC +04:00)
ABŞ - APA. ABŞ-ın Viskonsin ştatında yerləşən məşhur amerikalı qanqster Al Kaponenin malikanəsi «Chippewa Valley» bankı tərəfindən 2,6 mln. dollara alınıb.

APA-nın məlumatına görə, 165 hektar ərazidə yerləşən ev və digər tikililər 1920-ci ildən Al Kaponeyə məxsus olub. Lakin nüfuzlu mafiya başçısının ölümündən sonra Qay Xyuston adlı sahibkar malikanəni alıb. Buna baxmayaraq, maliyyə böhranı ilə bağlı evin yeni sahibi ötən il «Chippewa Valley» bankına verdiyi girov kağızı üzrə ödən7işlər apara bilmədiyinə görə mülk bankın ixtiyarına keçib. Eyni zamanda ştatın qanunvericiliyinə əsasən, belə olan halda hərrac keçirilməlidir və bu səbəbdən bank evi faktiki olaraq özündən alıb.

Qeyd edək ki, ev daha çox qalaya bənzəyir və ABŞ-da ötən əsrdə spirtli içkilərin qanunsuz ticarəti ilə məşğul olan mafiya başçısının ticarət bazası rolunu oynayıb.

Çikaqo mafiyasının sabiq başçısı Al Kapone 1947-ci ilin yanvarın 25-də Floridada vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR