Bank Of Baku

Bir qrup konqresmen Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollarla bağlı bəyanatla çıxış ediblər

Bir qrup konqresmen Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollarla bağlı bəyanatla çıxış ediblər
# 11 oktyabr 2009 10:23 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, konqresmenlər 1915-ci il hadisələrinin araşdırılması üçün tarix komissiyasının yaradılması ilə bağlı ABŞ-dakı ermənilərin narahatlığını ifadə ediblər.

"Türkiyənin Ermənistanla əlaqələrinin normallaşdırılması bahasına tarixinin ən faciəli qismini yenidən formalaşdırmasına izacə verilə bilməz” –deyə, bəyanatda bildirilib.

Bəyanatda qeyd edilib ki, tarix komissiyasının qurulması ilə razılaşmaq “soyqırım qurbanları”nın xatirəsinə təhqirdir.

Müraciətdə ABŞ hökumətindən Ermənistanın Türkiyə tərəfindən əzilməsinə yol verməmək, ABŞ-dakı erməni icmasının təcrübəsindən və fəaliyyətindən faydalanmaq da təklif olunub.

Qeyd edək ki, bəyanatı Konqresə son 10 ildə hər fürsətdə qondarma “soyqırım”la bağlı layihə təqdim edən konqresmenlər Frank Pallone, Mark Kirk, Adam Skiff və Corc Radanoviç imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR