Bank Of Baku

ABŞ təyyarəsini Kubaya qaçıran şəxs 41 ildən sonra təslim olub

ABŞ təyyarəsini Kubaya qaçıran şəxs 41 ildən sonra təslim olub
# 13 oktyabr 2009 00:37 (UTC +04:00)
Bakı – APA. 1968-ci ildə ABŞ təyyarəsini Kubaya qaçıran şəxs 41 ildən sonra həbs olunub.
APA-nın “reuters”ə istinadən xəbərinə görə, Luis Armando Pena Soltren dörd onillikdən sonra Kubadan ABŞ-a qayıdaraq Con Kennedi adına Nyu-York aeroportunda federal hakimiyyət orqanlarına təslim olub. 1968-ci ildə Puerto-Rikoya istiqamətlənən təyyarə məhz bu hava limanından qaçırılmışdı. Soltren Kubadan diplomatik təhlükəsizlik xidmətinin nəzarəti altında gətirilib.
Bu hadisəyə görə Soltrendən başqa daha 3 nəfərə qarşı ittiham irəli sürülüb. Onlardan Xose Rafael Rios Krus və Migel Kastro 70-ci illərdə 15 və 12 il müddətinə azadlıqdan məhrum edilib, Alexandro Fiqeroa isə 1969-cu ildə bəraət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR