Bank Of Baku

ABŞ Senatına uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qətnamə layihəsi təqdim edilib

ABŞ Senatına uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qətnamə layihəsi təqdim edilib
# 22 oktyabr 2009 10:11 (UTC +04:00)
Bakı – APA. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Robert Menendez və senator Con Ensayn Senata uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan 252 saylı qətnamə layihəsi təqdim ediblər. APA-nın “Panarmenian”a istinadən verdiyi məlumata görə, R. Menendez layihəni təqdim edərkən bildirib ki, yalnız keçmişdən dərs çıxarmaq və tarixin qaranlıq səhifələrini tanımaqla dinc gələcək qurmaq mümkündür. Erməni yalanlarına inanan R. Menendez guya 1,5 milyon erməninin cəhənnəmdən keçdiyini deyib və bildirib ki, onların faciəvi durumunu inkar etmək bu şəxslərə təhqirdir.

Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Ambaryan senatorlara təşəkkürünü ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR