Bank Of Baku

ABŞ diplomatı Əfqanıstanda aparılan müharibənin mənasızlığına etiraz olaraq istefa verib

ABŞ diplomatı Əfqanıstanda aparılan müharibənin mənasızlığına etiraz olaraq istefa verib
# 28 oktyabr 2009 09:04 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın diplomatiya tarixində sensasiya sayıla biləcək istefa baş verib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, ABŞ-ın Əfqanıstandakı səfirliyinin əməkdaşı Metyu Hoh Əfqanıstanda aparılan müharibənin mənasızlığına etiraz olaraq XİN sistemindən getdiyini bəyan edib.

Sabiq dəniz yüzbaşısı olan 36 yaşlı M.Hoh həm Pentaqonda, həm də İraqda xidmət keçib. Bu ilin əvvəlində diplomatik xidmətə qəbul olunaraq iyul ayında Əfqanıstana göndərilib və Zabul vilayətinin amerikalı rəhbəri olub. Sentyabrın 10-da isə M.Hoh ABŞ-ın Əfqanıstanda apardığı müharibəyə etiraz əlaməti olaraq Ağ Evə məktub göndərib və XİN sistemindən istefa verdiyini bəyan edib.

Dörd səhifəlik məktubda yer alan aşağıdakı ifadələr Amerikada şok effekti yaradıb: “ABŞ-ın Əfqanıstanda mövcudluğunun strateji məqsədləri olduğuna inanmıram. Bu strategiya ilə bağlı şübhələrim var. Mənim istefamın səbəbi bu müharibəni necə aparmağımız deyil, niyə savaşmağımızdır. Men sülh düşkünü, narkotik qəbul edib hər kəsi sevməyə çalışan biri deyiləm. Gəbərməsi lazım olan çox adam var. İraqdakı komandamız bu adamları gəbərtdiyində məndən xoşbəxti olmazdı. Ancaq bir çox əfqan bizimlə savaşır, çünki əsgərlərimiz ordadır. ABŞ əsgərlərinin bu ölkədəki vətəndaş müharibəsi və rüşvətxorluğa bulaşmış hökumət üçün ölməsini istəyir”.

Qeyd edək ki, M.Hoh ABŞ-ın Əfqanıstandakı səfirliyində yüksək vəzifə təklifini rədd edib. Amerikanın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk da onu qərarından döndərə bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR