Bank Of Baku

ABŞ-ın ən böyük hərbi bazasında mayor rütbəli zabit kütləvi qətl törədib

ABŞ-ın ən böyük hərbi bazasında mayor rütbəli zabit kütləvi qətl törədib
# 06 noyabr 2009 08:12 (UTC +04:00)
APA-nın “France Presse” və “Associated Press” agentliklərinə istinadən verdiyi məlumata görə, hərbi hissənin psixiatrı, mayor Malik Nadal Hasan iki tapança ilə ətrafdakı əsgərlərə atəş açaraq 11 nəfəri öldürüb, azı 31 nəfəri isə yaralayıb. Hadisə yerinə gələn polis M. N. Hasanı zərərsizləşdirib. Əvvəlcə onun öldürüldüyü haqda xəbər yayılıb, lakin bazanın komandanı, general-leytenant Bob Kon M. N. Hasanın yaralandığını açıqlayıb. O, Hasanın tək olduğunu və onun hadisəni İraq və Əfqanıstana göndəriləcək əsgərlərin yığışdığı tibb mərkəzinin yanında törətdiyini söyləyib. Ölənlərdən 2-si bazada çalışan mülki şəxslərdir.

Qeyd edək ki, Fort Hud ABŞ ərazisində ən böyük hərbi bazadır. M. N. Hasan bazada bu ilin iyulunda işə düzəlib, daha əvvəl isə o, Vaşinqtondakı Uolter Rud hərbi tibb mərkəzində işləyib. M. N. Hasan İraqa göndəriləcək hərbçilər arasında olub. General Bob Kon bildirib ki, aparılan ilkin araşdırma nəticəsində Hasanın terrorçu təşkilatlarla əlaqəsinin olmadığı aydınlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR