Bank Of Baku

ABŞ-da işsizlik səviyyəsi 26 illik maksimuma çatıb

ABŞ-da işsizlik səviyyəsi 26 illik maksimuma çatıb
# 07 noyabr 2009 07:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-da işsizlik səviyyəsi 10,2 faizə çatıb ki, bu da 1983-cü ildən sonra qeydə alınan ən yüksək göstəricidir. “APA-Economics”in məlumatına görə, oktyabr ayında 190 min iş yeri ixtisar olunub və beləliklə, işsizlik səviyyəsi ay ərzində 0,4 faiz artıb. Qeyd edək ki, iş yerlərin ixtisarı ən çox istehsal və xidmət və tikinti sektorlarda özünü göstərib. Belə ki, istehsal və xidmət sektorunda 61 min, tikintidə isə 62 min iş yeri azalıb. Maliyyə sektorda ixtisarların həcmi 8 min olub. Gizli işsizliyin səviyyəsi ABŞ-da 17,5 faizə çatıb ki, bu da tarixi maksimum deməkdir. Gizli işsizlik əlavə olaraq iş axtaran, lakin bu axtarışın uğurlu ola biləcəyinə artıq inanmayan, həmçinin müvəqqəti işlərini daimi iş yerlərinə dəyişmək istəyən insanları da nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR