Bank Of Baku

Fidel Kastronun ölüm xəbəri yayılıb

Fidel Kastronun ölüm xəbəri yayılıb
# 19 noyabr 2009 17:01 (UTC +04:00)
Bakı – APA. Bəzi Qərb kütləvi informasiya vasitələrində Kubanın keçmiş lideri Fidel Kastronun vəfatı barədə məlumatlar yayılıb. APA-nın xəbərinə görə, bu barədə “News4k” saytı “Discovery”yə istinadən məlumat verib.

Xatırladaq ki, son illər F. Kastronun ölümü ilə bağlı tez-tez informasiyalar yayılır. Bağırsağından əməliyyat olunduqdan sonra onun səhhəti xeyli pisləşib. F. Kastro 2006-cı ilin iyulundan bəri ictimaiyyət arasına çıxmır. O, 2008-ci ilin fevralında hakimiyyəti rəsmi şəkildə qardaşı Raula verməsinə baxmayaraq, ölkənin siyasi həyatında önəmli rol oynamağa davam edir və tez-tez rəsmi mətbuatda “Yoldaş Fidelin düşüncələri” adlı məqalələr çap etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR