Bank Of Baku

Hondurasın yeni prezidenti vəzifəsinə fermer seçilib

Hondurasın yeni prezidenti vəzifəsinə fermer seçilib
# 30 noyabr 2009 08:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. Ötən gün Hondurasda keçirilən prezident seçkilərində sağ yönümlü Milli Partiyanın lideri, fermer Porfirio Lobo (Porfirio Lobo) qalib gəlib.

APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, P.Lobo seçkilərdə 55,9% səs toplayaraq Honduras prezidenti seçilib. Onun əsas rəqibi sol yönümlü Liberal Partiyasından olan Elvin Santos (Elvin Santos) isə 34% səs toplaya bilib.

Maraqlıdır ki, Argentina, Braziliya və Venesula kimi ölkələr Hondurasda keçirilən seçkilərin nəticələrini tanımaqdan imtina edəcək. Belə ki, 2009-cu ilin yayında Hondurasın hazırkı prezidenti Manuel Selaya (Manuel Zelaya) Hondurasın Ali Məhkəmə və Konqresi tərəfindən öz vəzifəsindən kənarlaşdırılıb. Buna səbəb M.Selayanın Konstitusiyada dəyişiklik edərək, bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyəti götürmək cəhdi olub.

Qeyd edək ki, P.Lobo 2005-ci ildə keçirilən seçkilərdə məhz M.Selayaya məğlub olub. Artıq başa çatan prezident seçkilərinin nəticələrini ABŞ, Peru, Panama və Kosta-Rika kimi ölkələr tanıyıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR