Bank Of Baku

ABŞ Senatı Üsamə bin Ladenin qaçıb gizlənməsinin məsuliyyətini Donald Ramsfeldin üzərinə qoyub

ABŞ Senatı Üsamə bin Ladenin qaçıb gizlənməsinin məsuliyyətini Donald Ramsfeldin üzərinə qoyub
# 30 noyabr 2009 09:02 (UTC +04:00)
Bakı – APA. ABŞ Senatının Xarici siyasət komitəsi Üsamə bin Ladenin tutulması və ya məhv edilməsi üzrə 2001-ci ilin sonunda keçirilən əməliyyatın uğursuz nəticələnməsi ilə bağlı hesabatını açıqlayıb.

APA-nın “The New York Times” qəzetinə istinadən xəbərinə görə, senatorlar bu uğursuzluğun məsuliyyətini ABŞ-ın sabiq müdafiə naziri Donald Ramsfeldin və Əfqanıstandakı qoşunların komandanı Tommi Frenksin üzərinə qoyublar.

Hesabatda deyilir ki, dünyanın 1 nömrəli terrorçusunu, eləcə də onun müavini Ayman əz-Zəvahiri və “Taliban” lideri Molla Öməri ələ keçirmək üçün azacıq irimiqyaslı əməliyyat kifayət edərdi: “Ancaq ABŞ komandanlığı Pakistanın şərqindəki Tora-Bora mağaralarında gizlənən bin Ladeni axtarmaq üçün xüsusi təyinatlılardan və agentlərdən ibarət kiçik qrup göndərilib. Nəticədə bin Laden Pakistanın çətin keçilən yerlərində gizlənə bilib”.

Qeyd edək ki, hesabat ABŞ Senatının Xarici siyasət komitəsinin rəhbəri, prezidentliyə keçmiş namizəd Con Kerri tərəfindən hazırlanıb. 2004-cü ilin seçki kampaniyası zamanı o, Corc Buş administrasiyasını Əfqanıstanda buraxılan səhvlərə görə sərt tənqid etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR