Bank Of Baku

Partizan qruplaşmalarının keçmiş komandiri Uruqvay prezidenti seçilib

Partizan qruplaşmalarının keçmiş komandiri Uruqvay prezidenti seçilib
# 30 noyabr 2009 09:21 (UTC +04:00)
APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, seçkilərdə X.Muxikanın rəqibi olan Luis Alberto Lakalye (Luis Alberto Lacalle) artıq məğlubiyyətini etiraf edib. Ötən gün keçən seçkilərin ikinci turunda X.Muxika 51% səs toplaya bilib. Noyabrın 25-də keçirilən seçkilərin birinci turunda isə X.Muxika 49,6%, L.A.Lakalye isə 42% səs toplamışdı.

Qeyd edək ki, 74 yaşlı X.Muxika prezident seçkilərində Uruqvayın hakim “Geniş cəbhə” («Frente Amplio») koalisiyasını təmsil edir. L.A.Lakalye isə 1990-1995-ci illərdə Uruqvayın prezidenti olub və bu seçkilərdə namizədliyi müxalifətdən olan Milli Partiya tərəfindən irəli sürülüb.

Xatırladaq ki, Uruqvayda prezident 5 il müddətinə seçilir və bir şəxs iki dəfə ard-arda prezident seçilə bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR