Bank Of Baku

Bu gün Nyu Yorkda Türk Film Festivalı başlayır

Bu gün Nyu Yorkda Türk Film Festivalı başlayır
# 02 dekabr 2009 10:38 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. Dekabrın 2-dən 5-ə kimi Nyu Yorkda 11-ci Türk film festivalı keçiriləcək. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Amerika-Türk Cəmiyyəti və “Ay-Ulduz” Layihəsi tərəfindən təqdim olunan festival SVA Teatrda baş tutacaq.

Festivalda “Kabus”, “Qara itlər hürür”, “Payız”, “Mənim yeganə sevincim”, “Pandoranın mücrüsü”, “Süd və şokolad” filmləri nümayiş etdiriləcək. Filmlərin rejissorları və rolları ifa edən aktyorlar da festivalda iştirak edəcəklər. Festivalı bir sıra türk təşkilatları, o cümlədən Türk Mədəniyyət Fondu maliyyələşdirir.

Bu ilki müsabiqəyə qatılan filmlərin bir çoxu beynəlxalq mükafatlara layiq görülüb, amma bir çoxu hələ də ABŞ-da tanınmır. Təşkilatçıların sözlərinə görə, filmlərə biletlərin böyük hissəsi satılıb. Azərbaycan diasporunun nümayəndələri də festivala qatılacaqlarını bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR