Bank Of Baku

Obama-Ərdoğan görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə olunub -FOTOSESSİYA

Obama-Ərdoğan görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə olunub -<font color=red>FOTOSESSİYA</font>
# 07 dekabr 2009 19:54 (UTC +04:00)
Vaşinqton-APA. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın ABŞ prezidenti Barak Obama ilə bir saat 40 dəqiqə davam edən görüşü başa çatıb.

APA-nın xəbərinə görə, Ərdoğanı Ağ Evin qarşısında protokol rəisi Kaprikiya Penavac Marşall (Capricia Penawac Marshall) qarşılayıb.
Görüşdə Türkiyənin bölgədəki rolu, Əfqanıstana əsgər göndərilməsi, Türkiyə-Ermənistan münasibətləri və Yaxın Şərqdəki son vəziyyət müzakirə olunub.

Türkiyə tərəfdən görüşdə dövlət nazirləri Əli Babacan, Egemen Bağış, xarici işlər naziri Əhməd Davudoğlu, nazir Mustafa Dəmir, millət vəkillərinin təmsilçisi olaraq keçmiş nazir Gürşad Tüzmən və Türkiyənin ABŞ-dakı səfiri Nabi Şənsoy iştirak ediblər

Görüşdən sonra ABŞ prezidenti Barak Obama hər iki ölkənin terrorla mübarizə ilə bağlı qərarlı olduqlarını deyiblər.

Obama İranın nüvə proqramı ilə bağlı problemin həllində Türkiyənin “əhəmiyyətli rolu” olduğunu bildirib.

Ərdoğan da bu məsələnin həlli üçün əlindən gələni etməyə hazır olduğunu söyləyib.

Obama deyib ki, o Ərdoğanı Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasına cəhddən dolayı təbrik edib. ABŞ prezidenti bildirib ki,Ərdoğanı bu istiqamətdə səyləri davam etdirməyə həvəsləndirib.

Nabukko layihəsi ilə bağlı ciddi addımlar atmağa hazır olduqlarını deyən baş nazir Azərbaycanla layihə ilə bağlı danışıqların davam etdiyini və yaxşı nəticələr əldə ediləcəyinə əminliyini ifadə edib. Ərdoğan bu layihənin uğuru üçün beynəlxalq şirkətlərin də iradələrinin önəmli olduğunu bildirib.

Həmçinin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ problemi barədə danışdıqlarını söyləyən baş nazir deyib ki, bu məsələ Türkiyə Ermənistan arasında münasibətlərin yaxınlaşması üçün çox önəmlidir.

Baş nazir bildirib ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədri olaraq ABŞ-ın, həmçinin Rusiya və Fransanın Dağlıq Qarabağ problemi ilə bağlı danışıqları daha da sürətləndirmələrinin vacibliyi və bunun prosesləri daha yaxşı yönə aparacağı barədə fikir mübadiləsi ediblər. Baş nazir deyib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi Dağlıq Qarabağ danışıqları ilə çox bağlıdır: “Türkiyə rəhbərliyi olaraq bizlər bu məsələdə qərarlıyıq”.

Ərdoğan bölgədəki vəziyyəti Obama ilə geniş müzakirə etdiklərini vurğulayıb.

O deyib ki, bölgədə və dünyada sülhün və sabitliyin bərpa olunmasında ABŞ-ın önəmli rolu olduğuna inanır.

Mənbə: Şəkillər hurriyet.com.tr saytından götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR