Bank Of Baku

Amerikalı türklər ermənilərə barışıq təklif edir

Amerikalı türklər ermənilərə barışıq təklif edir
# 15 dekabr 2009 07:51 (UTC +04:00)
Vaşinqton. İzabel Levin – APA. Amerikadakı türk təşkilatları ABŞ Konqresinin üzvlərini onları ermənilərlə barışdırmağa çağırıb. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, bir qrup türk diaspora təşkilatı, o cümlədən Türk Amerikan Assosiasiyaları Assambleyası, Amerika Türk Koalisiyası Konqres üzvlərinə təklif edib ki, tarixi məsələləri araşdırmaq əvəzinə ermənilərlə türkləri barışığa səsləsinlər. Bu qurumlar bildiriblər ki, Türkiyə-Ermənistan yaxınlaşmasının gerçəkləşdiyi və türk-erməni münasibətlərinin həlledici mərhələdə olduğu bir vaxtda erməni diasporası ABŞ Konqresində uydurma “soyqırım” iddiaları qaldırır. Halbuki onların qarşısında başqa bir məsələ – türklər və azərbaycanlılarla olan real problemləri həll etmək durur. Türk diasporası hesab edir ki, Konqres üzvləri ermənilərin iddialarını dəstəkləsə, bu, böyük bir səhv olar və iki millət arasında gedən normallaşma prosesinə zərbə vurar. Ona görə də ABŞ-dakı türklər konqresmenləri iki milləti qarşı-qarşıya qoymaq əvəzinə, onları barışdırmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR