Bank Of Baku

Sabah Vaşinqtonda Amerika-Misir strateji dialoqunun növbəti raundu keçiriləcək

Sabah Vaşinqtonda Amerika-Misir strateji dialoqunun növbəti raundu keçiriləcək
# 15 dekabr 2009 16:40 (UTC +04:00)
Bakı. İbad Bağırov - APA. Sabah Vaşinqtonda Amerika-Misir strateji dialoqunun yeni mərhələsi başlayır. APA-nın Misir mətbuatına istinadən yaydığı məlumata görə, danışıqlarda Misir nümayəndə heyətinə Misir xarici işlər nazirinin müavini Vəfa Bəsim, ABŞ heyətinə isə Dövlət Departamentinin siyasi işlər üzrə müavini Villiam Brinz başçılıq edir. Misir Xarici İşlər Nazirliyinin rəsmisi səfir Hisam Zəki mətbuata bildirib ki, strateji dialoqun yeni mərhələsi bir necə görüş və məsələlərin müzakirəsi əhatə edir. Görüşlərdə iki dövlət arasındakı əlaqələri qiymətləndirmək uçun həmçinin regiondakı problemlərlə bağlı çoxtərəfli rəylər mübadiləsi, xüsusilə Yaxın Şərqdəki vəziyyət, Əfqanıstanla bağlı hadisələrin son prosesləri, nüvə silahının yayılmasının qarşısının alınması, Afrika qitəsindəki problemlər və Sudandakı problemlər müzakirə olunacaq. Misir nümayəndə heyəti ABŞ Dövlət Departamentinin vəzifəli şəxsləri, konqresmenlər ilə də görüşlər keçirəcək. Xatırladaq ki, ABŞ-la Misir arasında sonuncu strateji dialoq ABŞ prezidentinin 2009-cu ilin iyununda Misirə səfəri zamanı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR