Bank Of Baku

ABŞ-da bir ailənin dörd üzvünün cəsədi aşkarlanıb

ABŞ-da bir ailənin dörd üzvünün cəsədi aşkarlanıb
# 18 dekabr 2009 14:19 (UTC +04:00)
Yuta-APA. Yuta ştatının polisi Vest Cordan şəhərindəki mənzillərdən birində bir ailənin dörd üzvünün cəsədini aşkarlayıb. APA-nın “Associated Press” agentliyinə istinadən yaydığı məlumata görə, həlak olanların adları və ölümünün səbəbi açıqlanmır. İlkin məlumata görə, ailənin başçısı həyat yoldaşını və övladlarını güllələyib və sonra intihar edib. Qonşular gecə iki radələrində atəş səsi eşitdiklərini təsdiqləyiblər. Hadisə yerinə gələn polislər dörd nəfərin cəsədini aşkarlayıblar, lakin evdə axtarış aparmaq üçün onlara yalnız on iki saat sonra order verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR