Bank Of Baku

Senator Riçard Luqar ABŞ və Avropa ölkələrini Gürcüstana silah tədarük etməyə çağırıb

Senator Riçard Luqar ABŞ və Avropa ölkələrini Gürcüstana silah tədarük etməyə çağırıb
# 23 dekabr 2009 06:16 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, senator bildirib ki, Tiflisin zəifliyi Qafqazda qeyri-sabitliyi daha da artıra bilər. R. Luqar ABŞ hakimiyyətinin diqqətini Gürcüstandakı hava hücumundan müdafiə sisteminin zəifliyinə çəkərək, bunu gücləndirməyin əsas məsələ olduğunu deyib.

Senator onu da bildirib ki, Tiflisin zəifliyi millətçilərin mövqelərinin güclənməsinə və ölkə daxilində qeyri-sabitliyə də gətirib çıxara bilər.

Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında 2008-ci ilin avqustunda baş vermiş hərbi münaqişədən sonra ABŞ Tiflisə hərbi potensialını bərpa etmək üçün 1 milyard dollar ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR