Bank Of Baku

Hillari Klinton: “İrana qarşı yeni sanksiyalar tətbiq etmək üçün danışıqlara başlamışıq”

Hillari Klinton: “İrana qarşı yeni sanksiyalar tətbiq etmək üçün danışıqlara başlamışıq”
# 05 yanvar 2010 07:22 (UTC +04:00)
Bakı – APA. ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etmək üçün öz müttəfiqləri ilə danışıqlara başlayıb. APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Hillari Klinton yeni sanksiyaların İran hökumətini, xüsusən İslam İnqilabı Keşikçiləri Korpusunu hədəf alacağını və adi vətəndaşlara zərər verməyəcəyini söyləyib: “Sanksiyalar və təzyiqlə bağlı tərəfdaşlarımız və oxşar mövqedə olduğumuz digər ölkələrlə danışıqlara başlamışıq. Məqsədimiz İran hökumətinə, xüsusən İnqilab Keşikçiləri Korpusuna təzyiq göstərmək və onsuz da çətin vəziyyətdə olan adi insanların durumunu daha da çətinləşdirməməkdir”.

H. Klinton 2009-cu ildə İranla müzakirə aparmağa cəhd göstərdiklərini, lakin heç bir nəticə əldə edilmədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR